"Qəbələ"nin iki boksçusundan qızıl medal

"Qəbələ"nin iki boksçusundan qızıl medal
XƏBƏR 28 Aprel 2019 / 12:40 1130
-  A +

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçuları beynəlxalq arenada növbəti uğurlarına imza atıblar.

Qol.az xəbər verir ki, təmsilçilərimiz Ukraynanın Odessa şəhərində fərqləniblər. Boris Litvakın xatirəsinə həsr olunan yeniyetmələr arasında keçirilən IV beynəlxalq turnirdə iki boksçumuz iştirak edib. Arif Bayramov 46 kq, Amil Musayev 57 kq çəki dərəcəsində qüvvələrini sınayıblar. Hər iki idmançı bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

“Qəbələ”nin çalışdırıcısı Ramiz Mirkamalov turnirin ən yaxşı məşqçisi adına layiq görülüb.

Son xəbərlər
18.04.25  22:46

"Yamal Messi deyil"

18.04.25  11:52

Messi gələcəyi haqda