Azərbaycanlı bombardirdən Çexiyada növbəti dubl

Azərbaycanlı bombardirdən Çexiyada növbəti dubl
ÖLKƏ FUTBOLU 22 Aprel 2019 / 15:32 4066
-  A +

“Slavya”ın gənclər komandasında çıxış edən 21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Fərid Nəbiyev Çexiyada növbəti qollarını vurub.

Qol.az-ın məlumatına görə, gənc hücumçu pley-off mərhələsində 3-cü turun “Çeske-Budeyevitse” ilə oyununda dubl edib. Meydana start heyətdə çıxan həmyerlimiz 68-ci dəqiqədə əvəzlənib. Görüş isə Fəridin komandasının 6:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 20 yaşlı hücumçu bu mövsüm “Slaviya”nın heyətində 17 qol vurub. O, Çexiya Gənclər Liqasının bombardiridir.

Daha çox


Son xəbərlər