“Neftçi” məsələsi real deyil, belə bir şey yoxdur" - Miçel

“Neftçi” məsələsi real deyil, belə bir şey yoxdur" - <b style="color:red"> Miçel</b>
ÖLKƏ FUTBOLU 18 Aprel 2019 / 23:02 4044
-  A +

“Qarabağ”ın futbolçusu Miçel Madera Azərbaycan Premyer Liqasının 25-ci turunda “Keşlə”ni 3:0 hesabı ilə məğlub etdikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

Qol.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi əvvəlcə görüşlə bağlı danışıb.


- Çox ağır oyun oldu. Onlar çox aqressiv idilər. Durmadan pressinq edirdilər. Düşünürəm ki, erkən qol vurmağımız bizə bir az kömək oldu. Daha sonra digər qollar da gəldi. Çoxlu qol vəziyyətləri yaratdıq. Çempionatın sonuna az qalıb. Ona görə də bütün oyunlar bizim üçün həyati önəm daşıyır. Oyuna 3 xal istəyi ilə çıxmışdıq. Növbəti oyunlara da bu məqsədlə hazırlaşmalıyıq.

- “Neftçi”nin xal itirməsindən sonra “Qarabağ” lider oldu. Demək olarmı ki, komanda daha özünə inamlı oyun nümayiş etdirir?

- Mənə elə gəlir ki, o qədər də təsiri yoxdur. Onsuz da komandamız son həftələrdə daha inamlı çıxış edirdi. Xallar bərabər idi. Sona 3 tur qalıb. Qarşıdakı oyunlara köklənməliyik. Növbəti matçımız “Zirə” ilədir. Orada da bizi çətin görüş gözləyir. Eyni zamanda, həftəiçi kubok oyunları var. Hər biri çox önəmli qarşılaşmalardır. Bütün diqqətimizi onlara yönəltməliyik.

- Bütün futbol ictimaiyyəti, azarkeşlər çempionluğun son oyunda həll olunmasını istəyir. "Qarabağ" həlledici görüşdə qalib gələ bilər?

- Bu haqda danışmaq istəməzdim. Çünki biz hər oyun fikrimizi növbəti matça yönəldirik. Düzdür, xal fərqi ilə üstünlüyümüz var, amma hər şey ola bilər.

- Adın son zamanlar “Neftçi”  ilə hallanır. Mövsümün sonunda  “Qarabağ”la müqavilən başa çatır. Klub yeni müqavilə təklif edib? 

- Hələ sona 3 tur var. Hələlik klub rəhbərliyi ilə danışığımız olmayıb. Hər şey çempionat başa çatdıqdan sonra aydınlaşacaq. “Neftçi” məsələsi isə real deyil, belə bir şey yoxdur.
 

Daha çox


Son xəbərlər
23.08.19  20:30

Dabo üzr istədi