"Çempionat sona yaxınlaşdıqca həyəcan artır. Bu gün azarkeşlər üçün baxımlı oyun alındı. Bəzi məqamlarda rəqib səhvlərimizdən yararlanmağı bacardı. Oyunda dönüş yaratmaq üçün ilk hissədən sonra Yevgeni Koçuku meydana buraxdıq. Çoxdandır belə ikinci yarı görmürdük. 2 qol vurduq və vacib 3 xal qazandıq“.
Bu sözləri “Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 25-ci turunda səfərdə “Sumqayıt”a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
O, komandanın ulduz futbolçusu Maykl Essyen barədə də danışıb: "Essyeni hər oyunda meydana buraxmaq istəyirik. Amma istəmirik ki, bir ildir oynamayan futbolçu zədələnsin. Onunla 1,5 illik müqaviləmiz var. Qarşıdakı oyunlarda ondan yararlana biləcəyimizi düşünürəm".
Hacıyev futbolçusu Tome Kitanovskinin qırmızı vərəqə aldığı epizoda da toxunub: "Həqiqətən də yeni qaydalardan xəbərim yoxdur. Ümumiyyətlə, futbolçularımız arasında maariflənmə getməli, yeni qaydalardan xəbərimiz olmalıdır. Tome Kitanovskinin oyunundan razı qaldım. Amma əli ilə hakimə sarı vərəqə göstərişi verdi. Açığı, onu əvəzləmək istəyirdim. Deməzdim ki, hər dəfə qol buraxdıqdan sonra qollar vururuq. Amma bu məqam üzərində daha çox dayanmaq lazımdır. Qalan dəqiqələrdə hücumlar edib qollar vurmağımız müsbət məqamdır. Planımızda "Sumqayıt"ı topsuz qoymaq və irəliləyən dəqiqələrdə boşluqlardan yararlanmaq istəyirdik. Hələ avrokubok barədə düşünmək tezdir".(report.az)
PSJ tarixinin rekord gəliri
"Karvan-Yevlax"ı 1/8 finala aparan qələbə - Video
"San Siro"nun gələcəyi həll olunur
“Bu, əsl kubok oyunu idi" - "İmişli"nin baş məşqçisi
"Turan Tovuz" "Dinamo"nu belə darmadağın etdi - Video
"Qarabağ" PFL-ə müraciət etdi
"Kuboku qazanmağa çalışacağıq" - Kurban Berdıyev
UEFA-dan Asim Xudiyevə növbəti təyinat
"Kəpəz" - "Ağstafa Gəncləri" oyunundakı 7 qol - Video
Azər Bağırov 6:1-i şərh etdi
"Qarabağ" - "Çelsi" matçının biletləri satışa çıxarılır
"İnter"in qapıçısı maşınla adam vurub öldürdü
"Bayer"də ciddi itki
Messi DÇ-2026-da oynamaq istədiyini açıqladı
Vinisius “Real”dan ayrılmağı düşünür
Yeni baş məşqçi Volkan Demirel olacaq - Rəsmi
"Real"ın kapitanı dizindən əməliyyat ediləcək
Premyer Liqa klubunda yeni müqavilə
"Çempionatın səviyyəsi artıb" - "Turan Tovuz"un legioneri
Futzal millimizin heyəti açıqlandı
Qurban Qurbanovun haqlı narazılığı - Video
"Seltik" Brendan Rocersi istefaya göndərdi
Taliskadan 2 gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
“Kəpəz” legioneri ilə yollarını ayırıb
Qazaxıstan millisinin sabiq qapıçısı vəfat edib