"MY" Koutinyodan imtina etdi - azarkeşlərə görə

"MY" Koutinyodan imtina etdi - azarkeşlərə görə
DÜNYA FUTBOLU 16 Aprel 2019 / 14:37 2996
-  A +

"Mançester Yunayted" "Barselona"nın futbolçusu Filipp Koutinyonu transfer etməməyə qərar verib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, klub rəhbərliyi Çempionlar Liqasının 1/4 finalında Kataloniya təmsilçisi ilə ilk oyundan sonra bu fikrə düşüb. Belə ki, sözügedən matçda braziliyalı yarımmüdafiəçi meydana çıxan zaman ingilis azarkeşlər sərt reaksiya veriblər. Onlar Koutinyo topa toxunan zaman oyunçunu fitə basıblar. Rəhbərlik 25 yaşlı futbolçunun "Liverpul"da oynamasını əsas gətirərək, azarkeşlərin də bu keçidə qarşı çıxacağını hesab edib və Koutinyonu almaqdan imtina edib.

Qeyd edək ki, Koutinyo bu mövsüm 30 matçda 5 qol vurub, 2 qolun ötürməsini verib.

Xatırladaq ki, Koutinyo 2013-2018-ci illərdə "Liverpul"da oynayıb.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi