"Sabah"dan Madridə kimlərin gedəcəyi bilindi

"Sabah"dan Madridə kimlərin gedəcəyi bilindi
XƏBƏR 15 Aprel 2019 / 18:00 2799
-  A +

"Sabah"ın üzvlərinin bu il 7-ci dəfə təşkil olunacaq “Dostluq üçün futbol” (Football for Friendship) sosial layihəsində iştirak edəcəyi barədə məlumat vermişdik.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, artıq paytaxt təmsilçisinin layihədə kimlərlə təmsil olunacağı bəlli olub. Belə ki, “Sabah” Madriddəki yarışda U-12 komandasının futbolçuları Ayxan Əlizadə, Babamirzə Mehdiyev və baş məşqçisi Samir Əbdürəhmanovla təmsil olunacaq.

Bundan əlavə, ölkəmizdən bu yarışa futbolçu Fatimə Məhərrəmli və gənc jurnalist Timur Jeltenkov da qatılacaq.

Qeyd edək ki, “Dostluq üçün futbol” layihəsinin Azərbaycan qrupunun rəhbəri Rüstəm Əzimovdur.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi