De Rossi mövsümü erkən bitirdi

De Rossi mövsümü erkən bitirdi
DÜNYA FUTBOLU 15 Aprel 2019 / 16:38 1236
-  A +

"Roma"nın kapitanı Daniele De Rossi zədələnib.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, A Seriyasının son turunda "Udineze" ilə görüşdə xəsarət alan 35 yaşlı yarımmüdafiəçinin durumu ciddidir.

Tibbi müayinə zamanı məlum olub ki, De Rossi 4-5 həftə meydana çıxa bilməyəck. Bu isə onun üçün mövsümün bitməsi deməkdir.

Qeyd edək ki, karyerası ərzində yalnız "Roma"da çıxış edən təcrübəli futbolçu bu mövsüm A Seriyasında 17 oyuna 1 qol vurub, 2 məhsuldar ötürmə edib.

Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi