Mirabdulla çempion olacaqlarına inanır

Mirabdulla çempion olacaqlarına inanır
ÖLKƏ FUTBOLU 14 Aprel 2019 / 23:08 2386
-  A +

“Hesabda öndə idik, ancaq sonradan iki qol buraxdıq. Nə baş verdiyini deyə bilmərəm, heç nə başa düşmədik. Futbolda belə hallar olur. Yaxşı ki, sonda qol vurduq. Bu hesab bizə sərf etməsə də, məğlub olmaqdan yaxşıdır”.

Qol.az xəbər verir ki, bu sözləri “Neftçi”nin futbolçusu Mirabdulla Abbasov Azərbaycan Premyer Liqasının 24-cü turunda səfərdə “Səbail”lə heç-heçə etdikləri (2:2) matçı dəyərləndirərkən deyib.
 
Millimizin üzvü çempionluq şanslarının qaldığını bildirib: “Qarşıda 4 oyun var, hələ heç nə itirilməyib. Hər şey öz əlimizdədir. Çempion ola bilərik və bunun üçün çox çalışacağıq. Futbolda xal itkiləri olur. Səhvlərimizi düzəltməyə çalışacağıq”.

Abbasov “Səbail”lə oyunda əldə olunan uğursuz nəticənin komandaya psixoloji cəhətdən təsir etməyəcəyini söyləyib: “Düşünürəm ki, baş verənlərə hazır olmalıyıq. Xal itirməyimiz bizə psixoloji cəhətdən təsir etməməlidir. Qələbə qazanmaq üçün öz oyunumuzu oynamalıyıq. Mən komandama inanıram. Çempion olmaq gücündəyik. İnanıram ki, bu mövsüm “Neftçi” azarkeşlərinə çempionluq sevinci bəxş edəcəyik”.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi