"Rahatlaşmalı deyilik" - "Zirə"nin hücumçusu

"Rahatlaşmalı deyilik" - "Zirə"nin hücumçusu
ÖLKƏ FUTBOLU 13 Aprel 2019 / 19:47 1235
-  A +

"Zirə”nin hücumçusu İsmael Fofana Topaz Premyer Liqanın 24-cü turunda “Sumqayıt” 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalsitlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, Fildişi sahilli futbolçu əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.

-Yaxşı məcrada keçən oyun oldu. Bundan əvvəlki 2 görüşdə məğlub olmuşduq. İnamı qaytarmaq üçün bugünkü matçın əhəmiyyəti çox böyük idi. Sevinirik ki, 3 xal qazandıq. Düzdür, hava bir az isti idi. Belə havada oynamağa öyrəşməmişik. Ancaq əsas olan 3 xal götürmək idi.

- Matçın əvvəlində oyununuz alınmırdı. Hətta bir epizodda qapı dirəyi komandanızı qoldan xilas etdi. Həmin an fikirləşirdinizmi ki, uduza bilərsiniz?

- Bəli, düzgün vurğuladınız. Rəqib yaxşı qol imkanları yaxaladı. Bəlkə də onları dəyərləndirsəydilər, hesab başqa cür olardı. Amma düşünmürdüm ki, biz uduza bilərik. Rəqibdən fərqli, biz öz fürsətlərimizi boşa vermədik. 2 qol vuraraq, qələbə qazandıq.

- Bu qələbədən sonra autsayderlərlə xal fərqini artırdınız. Artıq Premyer Liqada qalmaqla bağlı rahatlığınız varmı?

- Şükürlər olsun ki, son pillədə deyilik. Ancaq biz rahatlaşmalı deyilik. Çünki hələ çempionat başa çatmayıb. Qarşıda bizi çətin oyunlar gözləyir. İnanıram ki, həmin matçlarda da əlimizdən gələni edib, daha yaxşı yerlərdə qərarlaşacağıq.

- Bu qələbə “Sumqayıt”la kubok oyunu öncəsi ümid verdimi ki, yarımfinalda da bu rəqibi məğlub edib, finala çıxmaq mümkün olacaq?

- Təbii ki, ümid verməyə bilməz. Amma bir şeyi də nəzərə almaq lazımdır ki, çempionatla kubok matçları fərqlidir. Orada rəqibə qarşı 2 oyun keçirirsən.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi