"Azərbaycan münasib rəqib olmadığını göstərdi" - Modriç

"Azərbaycan münasib rəqib olmadığını göstərdi" -  Modriç
ÖLKƏ FUTBOLU 22 Mart 2019 / 11:00 6043
-  A +

“Azərbaycanla oyun gözlədiyimizdən də çətin oldu. Ancaq biz heç asan olacağını da gözləmirdik”.

Qol.az xəbər verir ki, bu sözləri Xorvatiya millisinin kapitanı Luka Modriç AÇ-2020-nin seçmə mərhələsində millimizlə keçirilən oyundan sonra "Dnevnik.hr"a açıqlamasında deyib.

“Qızıl top” mükafatının son qalibi Zaqrebdə 2:1 hesaı ilə qalib gəldikləri matçı şərh edərkən yığmamızın çətin rəqib olduğunu bildirib: “Azərbaycan münasib rəqib olmadığını göstərdi. Əsas odur ki, bizə lazım olan 3 xalı qazana bildik. Əks-hücumlarda daha tez müdafiə olunmağı bacarmalıyıq. Bu oyunda bunu yaxşı bacarmadıq. Zəif cəhətimiz budur".
 

Daha çox


Son xəbərlər