"Oyunların ağır keçəcəyini düşünürəm. Çünki hər kəs bizə qarşı istəkli olacaq. Belə görüşlərin asan keçəcəyini düşünməməliyik. Ən yüksək səviyyədə motivasiya olunmalıyıq. Sadəcə Balkan düşüncəsi ilə mübarizə aparsaq, başımıza iş açarıq. "Rusiyada dünya ikincisi olduq, asan qalib gələrik" kimi fikirləşməməliyik. Azərbaycana və Macarıstana ciddi yanaşmalıyıq. Son dəqiqəyə qədər mübarizə aparmalıyıq. Şanslarımızdan istifadə edə bilməsək, işimizi çətinə sala bilərik".
Qol.az-ın məlumatına görə, bu sözləri Xorvatiya millisinin futbolçusu Andrey Kramariç Avro-2020-nin seçmə mərhələsində Azərbaycan və Macarıstanla oyunlar öncəsi deyib.
Ölkəsinin mətbuatına danışan 27 yaşlı hücumçu millimizin baş məşqçisi Nikola Yurçeviçin bu matçda müdafiə futbolu oynadacağını söyləyib: "Bəli bir daha təkrar edirəm ki, qrupumuzdakı bütün rəqiblərimizdə motivasiya yüksək olacaq. Azərbaycan müdafiə futbolu oynayacaq. Hədəfə ən qısa müddətdə çatmağın yollarını axtaracağıq. Hər dəfə deyilməsinə baxmayaraq, sonradan problemlər üzə çıxır. Bilirəm ki, Rusiyadakı kimi mükəmməl alınmaya bilər. Çətin günlərə biz də hazırıq. Ən yaxşı oyunumuzu oynamalı və mübarizə aparmalıyıq".
Daha sonra Kramariç deyib: "Qrupda 2 komandanın Avropa çempionatına getməsi yaxşıdır və ümid edirəm ki, faciə baş verməyəcək. Narahat olmamalıyıq, 5 komanda arasında ilk 2 yerdə olacağımıza inanıram. Amma təkrar edirəm ki, pis qrupa düşmüşük. Hər kəs bizim üçün asan olacağını düşünür. Fikrimcə, hər oyun gərgin keçəcək".
PSJ hücumçusunu satdı
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"