"Az oynamağımdan narazıyam" - Nazarov

"Az oynamağımdan narazıyam" - Nazarov
ÖLKƏ FUTBOLU 14 Mart 2019 / 11:11 1715
-  A +

"Azərbaycan millisində gözləntim daha çoxdur. Çünki klubumda 5 dəqiqədən daha az oynayıram. Xorvatiya turnirə tam heyətlə gəlir. "Real"dan Luka Modriç, "Barselona"dan İvan Rakitiç kimi futbolçularla qarşılaşmaq istənilən futbolçunun karyerasında əsas məqamlardan biridir. Onları çox vaxt televiziyada görmək olur".

Qol.az-ın  məlumatına görə, bu sözləri millimizin və Almaniya ikinci bundesliqa təmsilçisi "Erzgebirge"nin futbolçusu Dmitri Nazarov deyib.

Almaniya mətbuatına danışan yığmamızın üzvü Aue təmsilçisindəki oyunu haqda da danışıb: "Futbolda günəş hər zaman çıxmır, bəzən yağış da yağır. Bir müddətdi yağış yağır, hazırda qar və dolu daha çoxdur.

"Duysburq"la oyunda qol vurmaq imkanım var idi. Ancaq rəqib qapıçı zərbəyə çox yaxşı reaksiya göstərdi. "Paderborn"la son görüşdə də az meydanda oldum. 4 dəqiqə ərzində məndən heç kim nə isə gözləyə bilməz. Amma istəyimə çatmaq üçün əlimdən gələni edəcəyəm. Nağıllar danışmağıma gərək yoxdur. Az oynamağımdan narazıyam".

Nazarov az oynamasına baxmayaraq, hazırda "Erzgebirge"dən ayrılmağı düşünmədiyini söyləyib: "Milli komandada oynayan futbolçuya hər zaman təkliflər olur. Burada nələrəsə nail olmaq üçün il yarım əvvəl klubumla müqavilə imzaladım. Hazırkı vəziyyətimə görə burdan ayrılmaq istəmirəm. Çünki futbolda hadisələr çox tez dəyişir. Fırtınadan sonra günəş çıxa bilir".

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi