Millimizə çağırılan növbəti futbolçunun adı bilindi

Millimizə çağırılan növbəti futbolçunun adı bilindi
ÖLKƏ FUTBOLU 13 Mart 2019 / 10:35 3308
-  A +

Milli komandamıza dəvət olunan daha bir futbolçunun adına aydınlıq gəlib.

Qol.az xəbər verir ki, Nikola Yurçeviç qış fasiləsində "Səbail"dən "Tobol"a keçən Emil Balayevi də yığmaya cəlb edib. Bu barədə Qazaxıstan klubunun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, qolkiper martın 21-də "Avro-2020"nin seçmə mərhələsində Xorvatiya, 25-də isə Litva ilə yoldaşlıq görüşlərinə çağırılıb.

Qeyd edək ki, Emildən əvvəl "Proyysen"dən Rüfət Dadaşov, "Krılya Sovetov"dan Ramil Şeydayev və "Erzgebirge"dən Dmitri Nazarovun milliyə dəvət aldığı açıqlanmışdı.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi