«Xəzər-Lənkəran» qazaxlarla oyundan imtina etdi

XƏBƏR 22 Yanvar 2009 / 14:38 2595
-  A +

Antalyada təlim-məşq toplanışını davam etdirən “Xəzər Lənkəran”ın sparrinq-proqramında dəyişiklik baş verib. Qol.Az-ın məlumatına görə, baş məşqçi İqor Ponomaryovun təşəbbüsüylə Qazaxıstan “Taraz”ıyla oyundan imtina olunub. Ponomaryov yanvarın 24-də daha ciddi rəqiblə qarşılaşmaq imkanı yarandığından rəqibin dəyişdirilməsinə razı olub. Beləliklə, iki gün sonra “Xəzər Lənkəran” Rusiyanın birinci dəstə təmsilçisi Xabarovskun “SKA-Energiya” klubuyla qarşılaşacaq.
Xatırladaq ki, «XL» növbəti sparrinqi bugün keçirəcək və Qazaxıstanın başqa bir təmsilçisi “Atırau”yla qarşılaşacaq. 

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi