Kloppla Kovaç arasında narazılıq - "Cavab oyununda əlimi sıxmaya bilər"

Kloppla Kovaç arasında narazılıq -  "Cavab oyununda əlimi sıxmaya bilər"
DÜNYA FUTBOLU 20 Fevral 2019 / 14:10 3603
-  A +

Çempionlar Liqasının 1/8 final mərhələsində keçirilən "Liverpul" - "Bavariya"oyunundan (0:0) sonra komandaların baş məşqçiləri arasında anlaşılmazlıq olub.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, “Liverpul”un baş məşqçisi Yurgen Klopp  matçın sonunda ilk olaraq rəqib futbolçu Frank Riberi, daha sonra "Bavariya"nın baş məşqçisi Niko Kovaçın əlini sıxıb. Bu isə xorvatiyalı çalışdırıcının xoşuna gəlməyib və Kloppla görüşərkən ona etirazını bildirib.

Klopp oyundan sonra keçirilən konfransında məsələyə aydınlıq gətirib: “Məqsədim ilk olaraq Kovaçın əlini sıxmaq idi. Ancaq qarşıma həmin an Riberi çıxdı və ata olduğu üçün onu təbrik etdim. Kovaça da bunu dedim. İnciyibsə, cavab oyununda mənə üzünü döndərə və yaxud salamlaşmaya bilər”.

Kovaç isə Kloppun hərəkətinə belə münasibət bildirib: "Mən Riberidən daha öndə idim. Yəqin Klopp İngiltərədə yaşadığı üçün bəzi şeyləri bilmir".

Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi