“Sumqayıt” klubunun Əmir Ağayev adlı israilli futbolçusu ölkəsinin mətbuatında bu gün yayımlanan müsahibəsində deyib: “Klubumuzun prezidenti (Riad Rəfiyev – red.) mənə Azərbaycan millisində oynamaqla bağlı təklif irəli sürüb. Görək, sonra nəcə olur. Mən əsl israilliyəm, damarımda israilli qanı axır. Ona görə də bununla bağlı qərar qəbul etmək asan deyil”.
Ad-soyadından göründüyü kimi, Əmir Ağayevin Azərbaycanla hər hansı qan bağlılığı da ola bilər. 26 yaşlı yarımmüdafiəçi Azərbaycan vətəndaşlığı almaq üçün işlər aparıldığını özü də etiraf edir. İndi əsas məsələ bu deyil, əlbəttə. Odu ki, Riad Rəfiyev bu qüdrəti hardan və kimdən alır ki, milliyyətindən asılı olmayaraq, “Sumqayıt”a bu qış, yəni cəmi bir ay əvvəl transfer edilən və burada üçcə oyun oynayan, özünü təsdiq etməyən futbolçuya ölkənin A millisində oynamağı təklif edir? Sualın cavabını AFFA-nın baş katibi Elxan Məmmədovun öhdəsinə buraxaraq, qayıdaq Riad Rəfiyevə.
Rəfiyev kimdir?
Riad Rəfiyevin atası Rasim Rəfiyev Azərbaycan futboluna səmimi şəkildə xidmət etmiş, bunun üçün sərvətini xərcləmiş azsaylı fədakar insanlardan biri olub. Rasim bəyin işıqlı xatirəsini minnətdarlıqla anaraq qeyd edək ki, 1990-cı ilin ortalarında ölkəmizin də, futbolumuzun da ağır durumda olduğu dönəmdə “Neftçi”ni himayəyə götürərək onu yaşadıb, A milli komandaya da dəstəyi az olmayıb. Amma təəssüf ki, oğlu Riad Rəfiyev bir futbol idarəçisi kimi daha çox neqativ fəaliyyəti ilə tanınır. O, “Sumqayıt”ın prezidenti olmaqla yanaşı, hazırda və uzun illərdi AFFA üçün menecerliklə də məşğuldur. Baş katib Elxan Məmmədovun əsas kadrlarından biri sayılır. “Sumqayıt”ın prezidentliyinə məhz Məmmədovun dəstəyi ilə təyin edildiyi də sirr deyil. İndiyədək Rəfiyevin vasitəsi ilə ölkəyə zay məhsuldan qətiyyən fərqlənməyən bir xeyli legioner futbolçu gətirilib, bəziləri milliləşdirilib də. Sonuncu uğursuz futbolçulardan biri Eddi İsrafilov olub. Qeyri-rəsmi xəbərlərə görə, təkcə onun millimizə gətirilməsi üçün 1 milyon avro xərclənib. Eddinin futbolumuz üçün olmayan xeyiri haqda qətiyyən danışmağa dəyməz. Amma belələrinə bu qədər pul xərcləməkdənsə, Azərbaycanın bölgələrində 2-3 normal futbol məktəbi yaradıb, gələcəyin yaxşı futbolçularını yetişdirilməsinə başlamaq olardı. Amma ağılları ya ora qədər kəsmədi, ya da sadəcə, istəmədilər.
Qurban Qurbanovun Riad Rəfiyevi uzaqlaşdırması
2017-ci ilin sonlarında Qurban Qurbanov milliyə baş məşqçi təyin olunduqdan sonra onun verdiyi ilk qərarlardan biri də Riad Rəfiyevi millidən kənarlaşdırmaq oldu. Bəli, Rəfiyev A millidə həm də inzibati işlərlə də məşğul idi. Qurbanovun milliyə gəlişindən narazı olanlar sırasında Rəfiyev xüsusi yer tuturdu. Çünki hər nə qədər arxasında AFFA rəhbərliyi dursa da, onun milliyə futbolçular gətirmək, kiçik manevr etmək imkanları belə tamamilə məhdudlaşdırılmışdı. Millidə əcnəbiləşdirmə siyasətinə qarşı olan Q.Qurbanovun 1 illik fəaliyyətinə nöqtə qoyulduqdan sonra isə Rəfiyev və AFFA-ya yaxın digər futbol menecerlərinin fəaliyyətində canlanma hiss olunur.
Hələlik bu, yalnız milli komandalara ciddi uğuru olmayan əcnəbi məşqçilərin gətirilməsi ilə müşahidə olunur (Nikola Yurçeviç – A milli, Milan Obrodoviç – U-21, Miloş Velebit – U-16). Amma yaxın illərin təcrübəsindən çıxış edərək qeyd etmək olar ki, əsasən, “Sumqayıt” xətti ilə Azərbaycan millilərinə əcnəbi futbolçuların gətirilməsi prosesinin bərpa olunması ehtimalı nəinki az deyil, hətta yüksəkdir. Hər halda Əmir Ağayevin açıqlaması və onunla bu barədə söhbətin aparılması bizə yaxın perspektivdə uğursuz əcnəbi oyunçuların yenidən milliyə cəlb ediləcəyini deməyə əsas verir.
İstənilən əcnəbi futbolçunun milliləşdirilməsi isə AFFA-nın, daha dəqiqi onun sponsoru olan dövlətin şirkəti SOCAR-ın büdcəsindən ən azı yüzminlərlə avronun xərclənməsi, bəlkə də bəri başdan havaya sovrulması deməkdir. O qədər pul milliləşdirilmiş, yaxud milliləşdiriləcək futbolçulara xərclənir, amma bizim bölgələrdə istedadı olan 90-95 faiz uşaq sırf futbol məktəbləri yoxdu, yaxud bərbad vəziyyətdədi deyə karyeraları başlamamış məhv olur...
Aydın BAĞIROV
"Real"dan qələbə
Şahruddinin komandası "Qalatasaray"a uduzdu
"Əl-Hilal" ardıcıl 21-ci qələbəsini qazandı
"Mingəçevir" 3 xalı bu cür qazandı - Video
"Liverpul" 48 saat ərzində yeni baş məşqçisini açıqlayacaq
Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu oldu
Şamaxıda vurulan baxımlı qollar - Video
PSJ hücumçusunu satdı
"Şamaxı" və "Mingəçevir"dən qələbə
Azərbaycan U-18 millisinin heyəti açıqlandı
İspaniya futbolunun yeni rəhbəri müəyyənləşdi
“Barselona” De Yonqu satacaq
Finalın nominal meydan sahibi və başlanma saatı bilindi
Azərbaycan millisinin üzvü Macarıstanda bürünc medal qazandı
Aksel Vitsellə müqavilə uzadılır
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
AFFA İntizam Komitəsi qərarları açıqladı
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
De Brüynedən baxımlı qol - Video
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
"Karvan" səfərdə 4 qol vurdu - Video
Azərbaycan idmançısından Portuqaliyada üçüncü medal
“Mançester Siti” darmadağınla ikinci pillədə
Azərbaycan millisindən 2 bürünc medal - Avropa çempionatı
Musa Qurbanlının komandası yenə uduzdu
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu