"Messi xəstələnsə, bizim üçün yaxşı olacaq" - "Lion"un prezidenti

"Messi xəstələnsə, bizim üçün yaxşı olacaq" - "Lion"un prezidenti
DÜNYA FUTBOLU 19 Fevral 2019 / 10:30 2323
-  A +

"Biz 2004-cü ildə Ronaldolu "Mançester Yunayted"ə qarşı oynamışıq. Kriştianu sadəcə, raket kimi idi".

Qol.az-ın "Daily Express" nəşrinə istinadən yaydığı xəbərə görə, bu sözləri "Lion"un prezidenti Jan-Mişel Olyas deyib. Çempionlar Liqasının 1/8 final mərhələsində bu gün "Barselona" ilə keçiriəcəkləri oyundan danışan klub prezidenti kataloniyalıların kapitanı Lionel Messi barədə mqaraqlı fikirlər səsləndirib:

"Bekhem və Messi kimi futbolçulara qarşı da mübarizə aparmışıq. Ancaq Leo heç vaxt bizə qarşı inamlı oynamayıb. Bu tendensiyanın davam edəcəyinə inanırıq. Messi soyuqlasa, bizim üçün yaxşı olacaq".

Qeyd edək ki, "Lion" - "Barselona" oyunu bu gecə, Bakı vaxtı ilə 00:00-da başlayacaq.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi