“Qalatasaray”a qol vuran "Benfika"lı cavab oyununu buraxacaq

“Qalatasaray”a qol vuran "Benfika"lı cavab oyununu buraxacaq
DÜNYA FUTBOLU 18 Fevral 2019 / 16:27 1263
-  A +

“Qalatasaray”ın Avropa Liqasının 1/16 finalındakı rəqibi “Benfika” cavab oyunu öncəsi ciddi itki ilə üzləşib.

Qol.az-ın Portuqaliya klubunun saytına istinadən yaydığı xəbərə görə, komandanın aparıcı üzvü Eduardo Salvio zədə səbəbindən İstanbul təmsilçisi ilə qarşılaşmanı buraxacaq.

“Sarı-qırmızılar”ın 1:2 hesabı məğlub olduğu ilk oyunda qollardan birinin müəllifi olan 28 yaşlı yarımmüdafiəçi daha sonra zədələnərək meydanı tərk etmişdi. Tibbi müayinədən sonra ayaq sümüyündə problem olduğu aşkarlanan argentinalı futbolçunun 4 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Qeyd edək ki, "Benfika" - "Qalatasaray" matçı fevralın 22-də keçiriləcək.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi