Millimizin baş məşqçi vəzifəsinə namizəd olan Nikola Yurçeviç "Sumqayıt” - "Qarabağ” görüşünü canlı izləyib. Xorvatiyalı çalışdırıcı görüşün fasiləsində jurnalistlərin suallarını cavablandırıb.
- Azərbaycanda ilk oyuna baxırsınız.
- Elədir. "Qarabağ” "Sumqayıt”dan yaxşı oyun göstərir. İlk hissənin nəticəsi oyuna görədir.
- Rəsmən millimizin baş məşqçisi olmaq üzrəsiz. Azərbaycan futbolu ilə maraqlanırsız?
- Yetərincə məlumatlıyam. Başqa çalışdığım yerlərdə Azərbaycan millisinin oyunlarını izləmişəm. İkinci dəfədir Azərbaycandayam. Kifayət qədər məlumat yığmışam. Azərbaycana bağlılığı olan məşqçilərdən hər şeylə maraqlanmışam. Robert Prosineçki və onun köməkçisiylə danışmışam.
- Belə məlumatlar var ki, millinin baş məşqçisinin qarşısına AÇ-2020-nin final mərhələsinə vəsiqə qoyulub.
- Bu məqsəd haqda AFFA rəsmiləri heç nə deməyib. Məqsədimiz oyundan oyuna artırmaq və daha yaxşı oyun nümayiş etdirməkdir.
- Zaman çox azdır. Oyun fəlsəfənizi millimizə aşılaya biləcəksiz? Planlarınız necədir?
- Kifayət qədər millidən məlumatlıyam. Vətənimin seçməsini - Xorvatiya yığmasını da yaxşı tanıyıram. Çox danışmaq istəmirəm, çünki heç nə rəsmiləşməyib.
- Təlim-məşq toplanışı üçün planınız var?
- Ağlımda hansısa fikirlər var. İstəyirəm hər şey dəqiqləşsin. İndi demək çox tezdir.
- Deyilənə görə, Azərbaycana xeyli yüklə gəlmisiz. Bu da o deməkdir ki, baş məşqçi vəzifəsinə təyin ediləcəksiz.
- Hər şey müsbətdir, gözləmək lazımdır (matc.az).
"Bavariya"dan qələbə
Firmino, Eriksen, Kalabriya... - Video
"Bavariya"nın futbolçusu hamını qabaqladı
"Səbail"in argentinalısı "9"u seçdi
"Traktor Sazi" əzəli rəqibinə qalib gəldi
Tomas Tuhel cəzalandırıldı
"Mançester Yunayted"də iki ciddi itki
Avroliqada həftənin ən yaxşı futbolçusu
Millimizin sabiq hücumçusunun oğlu "Lokomotiv"də
Qapıçılardan möhtəşəm qurtarışlar - Video
"İnter" İkardini satır
"Neftçi"yə sürpriz edə bilərik" - Skarlatake
Birinci divizionda 5:5 hesabı - lider dəyişdi
"Qarabağ"dan Ndlovuya mesaj - Şəkil
Avroliqada həftənin rəmzi komandası
Mourinyo qovulmağına görə 50 milyon qazanıb
Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu
"Bizdən federasiyaya şikayət ediblər" - Sənan Qurbanov
"Çelsi" İquaini birdəfəlik alır
"Neftçi"dən daha bir transfer
Paşayevin komandasından qələbə
Neymar qayıdacağı vaxtı açıqladı
"Çempionluq üçün vuruşacağıq" - Emil Balayev
"Barselona" Valverde ilə müqaviləni uzatdı
"Sabah"da iki itki
“Çelsi”dən İsveçdə çətin qələbə - Video
UEFA-dan hakimlərimizə yeni təyinat
Elxan Məmmədov FİFA sammitində
Avroliqada həftənin ən yaxşısı adına 4 namizəd
UEFA-nın yeni reytinqi - Azərbaycan neçəncidir?