Millimizin baş məşqçisi vəzifəsinə namizəd Bakıda - AFFA açıqladı

Millimizin baş məşqçisi vəzifəsinə namizəd Bakıda - AFFA açıqladı
ÖLKƏ FUTBOLU 9 Fevral 2019 / 13:05 4096
-  A +

Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizəd Nikola Yurçeviç Bakıya gəlib.

Qol.az-ın xəbərinə görə, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Bildirilib ki, federasiya ilə aparılacaq müzakirələr ərəfəsində xorvatiyalı mütəxəssis Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində keçiriləcək bir neçə oyunu izləyəcək.

Qeyd edək ki, məşqçilik karyerasına 2002-ci ildə ölkəsinin “Zaqreb” klubunda başlayan Yurçeviç daha sonra Zaqreb “Dinamo”su, Avstriyanın “Austriya” və Xorvatiyanın “Slaven Belupo” komanalarını çalışdırıb. O, 2006-2017-ci illərdə müvafiq olaraq Xorvatiya yığması, Moskva "Lokomotiv"i, "Beşiktaş" və "Vest Hem"də Slaven Biliçin köməkçisi olub. Təcrübəli mütəxəssis son olaraq, Zaqreb “Dinamo”sunu çalışdırıb. O, ötən mövsümün sonuna 2 tur qalmış istefaya göndərilib.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi