"Keşlə"də iki rəsmi transfer

"Keşlə"də iki rəsmi transfer
ÖLKƏ FUTBOLU 8 Fevral 2019 / 18:17 4589
-  A +

"Keşlə" qış transfer pəncərəsinin sonuncu günündə heyətinə daha iki futbolçu cəlb edib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Bakı təmsilçisi venesuelalı Louis Angelo Pena və ukraynalı Valeri Kutsenko ilə müqavilə imzalayıb. Venesuelalı yarımmüdafiəçi il yarımlıq müddətədək, ukraynalı yarımmüdafiəçi isə mövsümün sonunadək "Keşlə"nin uğurları üçün çalışacaq.

Qeyd edək ki, Premyer Liqa klubu bundan  əvvəl Vüsal İsgəndərli, Con Kamara və Emin Mehtiyevi transfer etmişdi.

Daha çox


Son xəbərlər