"Sabah" Macarıstan klubuna qalib gəldi

"Sabah" Macarıstan klubuna qalib gəldi
ÖLKƏ FUTBOLU 19 Yanvar 2019 / 17:47 4481
-  A +

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Sabah” bu gün növbəti yoxlama oyununu keçirib.
 
Qol.az xəbər verir ki, Elşad Əhmədovun komandası 3-cü sınaq matçında Macarıstanın yüksək liqasında çıxış edən MTK klubu ilə üz-üzə gəlib və 3:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, ilk oyununda Türkiyə “Əskişəhərspor”una 1:0 hesabı ilə qalib gələn Premyer Liqamızın debütantı ikinci matçında Qazaxıstan “Tobol”u ilə heç-heçə edib – 2:2.

19 yanvar

Yoxlama oyunu

16:00. “Sabah” (Azərbaycan) – MTK (Macarıstan) - 3:1
Qollar: Vadim Abdullayev, 25, Marko Deviç, 30, Cavid İmamverdiyev, 90

Daha çox


Son xəbərlər