"Keşlə"nin rəqibi dəyişdi

"Keşlə"nin rəqibi dəyişdi
ÖLKƏ FUTBOLU 17 Yanvar 2019 / 00:30 957
-  A +

Antalyada təlim-məşq toplanışında olan “Keşlə”nin yoxlama oyunu keçirəcəyi rəqiblərindən biri dəyişib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisi yanvarın 23-də əvvəlcədən nəzərdə tutulduğu kimi "CS Concordia Chiajna" (Rumıniya, 1-ci liqa) komandası ilə deyil, Qazaxıstan təmsilçisi “Atırau” ilə qarşılaşacaq. Buna Rumıniya klubunun təlim-məşq toplanışı keçirmək üçün Türkiyəyə getməməsi səbəb olub.

Xatırladaq ki, “Keşlə” ilk yoxlama matçını yanvarın 18-də Özbəkistanın U-23 komandası ilə keçirəcək. Oyun Arkadia otelinin meydançasında olacaq. Matç yerli vaxtla saat 17.00-da başlayacaq.

Daha çox


Son xəbərlər