"Qarabağ" mənim evimdir, ailəmdir" - Riçard Almeyda

"Qarabağ" mənim evimdir, ailəmdir" - Riçard Almeyda
ÖLKƏ FUTBOLU 12 Yanvar 2019 / 23:00 4474
-  A +

"Mənim üçün heç bir şey dəyişməyib. Bura mənim evimdir, ailəmdir".

Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın yeni transferi Riçard Almeyda klubun rəsmi saytına açıqlamasında deyib. Ağdam klubuna qayıdışı ilə bağlı təəssüratlarını açıqlayan braziliyalı yarımmüdafiəçi sonda azarkeşlərə də təşəkkür edib:

"Burada hər kəsi tanıyıram. Gəlmişəm ki, komandamla birlikdə uğurlar qazanım və "Qarabağ"ın bir parçası olum. Azarkeşlərə də göstərdikləri sevgiyə görə təşəkkür edirəm. Əmin olsunlar ki, komandamız üçün ən yaxşısını etməyə çalışacağam".

Qeyd edək ki, "Qarabağ" Almeydanı "Astana"dan 1 il müddətinə icarəyə götürüb. 29 yaşlı futbolçu 2012-2018-ci illərdə Ağdam klubunun formasını geyinib. Riçard ötən mövsümün sonunda Qazaxıstan klubu ilə 2 illik müqavilə bağlamışdı.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi