Almeyda "Qarabağ"ın düşərgəsində - Şəkil

Almeyda "Qarabağ"ın düşərgəsində - Şəkil
ÖLKƏ FUTBOLU 12 Yanvar 2019 / 12:49 4723
-  A +

Millimizin yarımmüdafiəçisi Riçard Almeyda artıq "Qarabağ"ın düşərgəsindədir.

Qol.az-ın məlumatına görə, o, Antalyada təlim-məşq toplanışında olan komandaya qoşulub.

Klubun baş meneceri Asif Əsgərov sosial şəbəkdə  Almeyda ilə şəklini paylaşıb.

Hazırda Qazaxıstan “Astana”sına məxsus olan Almeydanın Ağdam klubuna 1 illik icarə qaydasında keçəcəyi bildirilir. Müqavilənin imzalanması haqda rəsmi xəbərin yaxın vaxtlarda açıqlanacağı gözlənilir.

Xatırladaq ki, 29 yaşlı yarımmüdafiəçi “Qarabağ”ı 2017/18 mövsümünün sonu tərk edərək “Astana”ya keçib.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi