Ronaldodan DNT analizi istədilər – təcavüzə görə

Ronaldodan DNT analizi istədilər –  təcavüzə görə
ÖLKƏ FUTBOLU 11 Yanvar 2019 / 13:40 2485
-  A +

"Yuventus"un futbolçusu Kriştiano Ronaldonun Ketrin Mayorqaya təcüvüz etməsi ilə bağlı istintaq davam edir.

Qol.az-ın “BBC Sport”a istinadən yaydığı xəbərə görə, ABŞ-ın Las Veqas şəhər polisi portuqaliyalı futbolçudan DNT analizi götürülməsinə qərar verib.

Vəkil Peter Kristiansen “BBC Sport”a açıqlamasında verilən qərarın normal olduğunu və əmrin İtaliyadakı məhkəməyə göndərildiyini bildirib.

Qeyd edək ki, Ronaldonun Mayorqaya təcavüz etməsi və ona susması qarşılığında 375 min avro verməsi ilə bağlı iddialar irəli sürülüb.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi