Qurban Qurbanov: "Beşiktaş"a azarkeşlik edirəm" - Video

Qurban Qurbanov: "Beşiktaş"a azarkeşlik edirəm" - <b style="color:red"> Video</b>
ÖLKƏ FUTBOLU 11 Yanvar 2019 / 11:45 3112
-  A +

Türkiyənin "Haber Global" telekanalı Antalyada təlim-məşq toplanışında olan "Qarabağ"ı ziyarət edib.

Qol.az xəbər verir ki, telekanal komandanın baş məqşçisi Qurban Qurbanovdan müsahibə alıb.


- Uzun illərdir ki, bu komandanı çalışdırırsınız. Ardıcıl 5 il çempion olmusunuz. Ölkə daxilində qazanmadığınız kubok qalmadı.  "Qarabağ"la qarşıdakı məqsədiniz nədir?

- Əvvəlcə komandamla maraqlandığınız üçün sizə təşəkkür edirəm. Bildiyimə görə üç aydır fəaliyyətə başlamısınız. Sizə uğurlar arzulayıram. Özümüzə gəldikdə, düzdür, ardıcıl 5 dəfə çempion olduq. Bu isə bizim üçün asan olmadı. Avropa arenalarında "Qarabağ"ı daha yaxşı tanıdılar. Bu da məsuliyyətimizi artırdı. Çalışacağıq ki, daha güclü komanda yaradaq və qarşıdakı illərdə uğurlarımız daha çox olsun.

- Siz tək Azərbaycanda deyil, Avropada da müntəzəm çıxış edən bir komandanı çalışdırırsınız və uğurlu davam edirsiniz. Şəxsi karyeranızla bağlı hədəfiniz nədir?

- Konkret bir məqsədim yoxdur. Ancaq əlbəttə ki, hər il daha çox çalışmaq, uğurlu nəticə əldə etmək istəyirəm. Hansı komandada işləyirəmsə, o komanda üçün bacardığımdan da artığını etmək istəyirəm.

- Coğrafi cəhətdən də yaxın olan iki qardaş ölkə - Türkiyə ilə Azərbaycan arasında futbolçu transferi çox olmur. Sizcə, bunun səbəbi nədir?

- Bu, bizim üçün böyük bir problemdir. Təəssüf ki, təkcə Türkiyədə yox, digər ölkələrdə də legioner həyatı yaşayan futbolçularımız yox dərəcəsindədir. Amma çox istərdim ki, oyunçularımız Türkiyə Superliqasında çıxış etsinlər. Çünki Superliqa bizim çempionatdan daha üstündür. Düşünürəm ki, zaman ehtiyac var.

- Türkiyə Superliqasını izləyirsinizmi?

- Çox oyuna baxıram. Türkiyə millisinə daha çox azarkeşlik edirik. Demək olar ki, bütün oyunlarına baxıram. Klublardan "Beşiktaş"a azarkeşlik edirəm. Ancaq avrokubok oyunlarında  hər birinə bizim öz komandamız kimi azarkeşlik edirik.

 

Daha çox


Son xəbərlər
23.08.19  20:30

Dabo üzr istədi