"Avroliqa muzeyi"ndə imza günü - Şəkillər

"Avroliqa muzeyi"ndə imza günü -  Şəkillər
ÖLKƏ FUTBOLU 28 Dekabr 2018 / 12:28 3091
-  A +

Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində növbəti imza günləri keçirilib.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, millimizin iki üzvü - “Qəbələ”nin müdafiəçisi Təmkin Xəlilzadənin və “Qarabağ”ın hücumçusu Mahir Mədətovun imza günü “Avropa Liqası muzeyi”ndə  olub.

Muzey ziyarətçiləri imza günündə futbolçularla yaxından tanış olub, onlardan imza alıb, eləcə də foto çəkdiriblər.

Xatırladaq ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda (BOS) keçirilməsi haqqında qərar qəbul edilib.


























Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər