Bakıda mini-futbol şousu – Şəkillər

Bakıda mini-futbol şousu –  Şəkillər
ÖLKƏ FUTBOLU 24 Dekabr 2018 / 14:26 5161
-  A +

Rusiyanın məşhur "Street Madness Team" komandası Bakı Olimpiya Stadionunda Azərbaycanın həvəskar futbol liqası olan MFL-in top ustadları arasında qarşılaşma olub.

Qol.az-ın xəbərinə görə, rəqibin heyətində Fransa futbolunun əfsanəsi olmuş Jan Pyer Papen də çıxış edib. Mini-futbolun ən güclülərinin görüşündə Azərbaycan təmsilçisi - “MFL ALL STAR” 5:2 hesabı ilə qələbə qazanıb. Qolları “MFL ALL STAR”dan Əlsalam Həmidov (3 dəfə), Rüfət Cəfərov və Elçin Mütəllimov, rəqib komandadan isə Farko və Nugzar Kvirtiya vurublar.

Bu futbol şousu iki hissədən ibarət olub: “panna” mübarizəsi və futbol matçı. Təbii ki, mini futbolun top ustadları barədə danışırıqsa, “panna”dan yan keçmək mümkün deyil. "MFL ALL STAR"ın oyunçusu İlkin Babayev "panna" ustalarına qarşı mübarizədə ən dözümlü olduğuna görə MFL-in rəmzi mükafatına layiq görülüb. Liqanın təşkilatçıları azarkeşləri də sevindirmək üçün matçın fasiləsində futbola aid suallardan ibarət intelektual oyun da keçirilib.


















Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi