"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan kubokunun 1/4 final mərhələsində evdə "Zirə"yə uduzduqları (2:3) qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb.
Qol.az xəbər verir ki, gənc mütəxəssis ilk olaraq oyun haqda danışıb.
- Maraqlı oyun alındı. Planımızda erkən qol vurmaq idi ki, buna nail olduq. Eyni zamanda qapımızı toxunulmaz saxlamalı idik. Ancaq cavab oyununda buna nail olmaq çətindir. Bu, böyük diqqət tələb edir. Bunu edə bilmədik. Bir neçə futbolçumuz ağrıkəsici iynə ilə meydana çıxmışdı. Onlara təşəkkür edirəm. Zədəylə bağlı itkilərimiz var idi. Bugünkü gündə iki cəhbədə oynamağa hazır deyilik. Qışdan sonra bütün diqqətimizi çempionata yönəldəcəyik. İstirahətə ehtiyacımız var.
- Çempionatda bir müdddətdi fasilədir. Kuboka köklənmək baxımından hansı problemlər vardı?
- Birinci qarşılaşmanı ilk hissədən 10 nəfərlə oynamışdıq. Hakim diqqətli olsaydı, rəqib də 10 nəfərlə oynamalı idi. Həmin matçda qırmızı vərəq almalı olan Andran Skarlatake bu gün meydanda olmalı deyildi. Ancaq bununla "Zirə"nin qələbsinə kölgə salmaq istəmirəm. Heyətimz kasaddır, ancaq şikayət etmirəm. Yarımfinala çıxsaydıq belə, iki cəbhədə oynamağa gücümüz yoxdur.
- Qışda hansı transferləriniz olacaq?
- Ehtiyat qüvvəmizin yoxluğunu demək də düzgün olmazdı. Sadəcə, bir neçə futbolçumuz qış fasiləsinədək sıradan çıxdı. Futbolda əvvəldən dəqiq bir şey demək çətindir. Sadəcə, son oyunları zədəsiz çıxmaq istəyirdik. Rəhbərliklə də söhbətimiz olacaq. Gedənlər və gələnlər olacaq.
- Kubokda qırmızı vərəqə almaqla komandanı çətin vəziyyətə qoyan makedoniyalı legioner Tome Kitanovskiylə yollarınızı ayıracaqsınız?
- Onunla cidid söhbətim oldu. Mövsümün ilk yarısında özünü həqiqətən intizamsız futbolçu kimi göstərdi. Ancaq oyunçu keyfiyyətlərində razıyıq deyə hələ yekun qərarımızı verməmişik. Tome ciddi cəriməsini aldı. İntizamsızlığını bir daha təkrarlamayacağını dedi.
"Real"dan qələbə
Şahruddinin komandası "Qalatasaray"a uduzdu
"Əl-Hilal" ardıcıl 21-ci qələbəsini qazandı
"Mingəçevir" 3 xalı bu cür qazandı - Video
"Liverpul" 48 saat ərzində yeni baş məşqçisini açıqlayacaq
Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu oldu
Şamaxıda vurulan baxımlı qollar - Video
PSJ hücumçusunu satdı
"Şamaxı" və "Mingəçevir"dən qələbə
Azərbaycan U-18 millisinin heyəti açıqlandı
İspaniya futbolunun yeni rəhbəri müəyyənləşdi
“Barselona” De Yonqu satacaq
Finalın nominal meydan sahibi və başlanma saatı bilindi
Azərbaycan millisinin üzvü Macarıstanda bürünc medal qazandı
Aksel Vitsellə müqavilə uzadılır
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
AFFA İntizam Komitəsi qərarları açıqladı
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
De Brüynedən baxımlı qol - Video
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
"Karvan" səfərdə 4 qol vurdu - Video
Azərbaycan idmançısından Portuqaliyada üçüncü medal
“Mançester Siti” darmadağınla ikinci pillədə
Azərbaycan millisindən 2 bürünc medal - Avropa çempionatı
Musa Qurbanlının komandası yenə uduzdu
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu