Millimizin üzvü ürəyindən əməliyyat olundu

Millimizin üzvü ürəyindən əməliyyat olundu
ÖLKƏ FUTBOLU 19 Dekabr 2018 / 13:07 3467
-  A +

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Barış Əkinciər əməliyyat olunub.

Qol.az-ın “Qafqazinfo”ya istinadən yaydığı xəbərə görə, bir müddət öncə ürəyində problem aşkarlanan “Bohum”un gənclərdən ibarət komandasının futbolçusu Almaniyada əməliyyat masasına uzanıb. Ötən gün əməliyyat olunan 19 yaşlı futbolçunun durumu hazırda yaxşıdır.

Əmisi Təkin Əkinciər futbolçunun son durumu haqda məlumat verib: “Əməliyyat dünən baş tutub.  Çox şükür, indi hər şey yaxşıdır, əməliyyat uğurlu alınıb.  Yaxın günlərdə daha ətraflı məlumat verə bilərəm”.

Daha çox


Son xəbərlər