"Milan" autsayderlə bacarmadı

"Milan" autsayderlə bacarmadı
DÜNYA FUTBOLU 19 Dekabr 2018 / 02:00 2178
-  A +

İtaliya A Seriyasında 16-cı tura yekun vurulub.

Qol.az-ın məlumatına görə, son oyun günündə 1 görüş keçirilib. Bu mövsüm Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan "Milan" səfərdə "Bolonya"nın qonağı olub. 76-cı dəqiqədə meydanda azlıqda qalan rossonyerlər autsayderin müqavimətini qıra bilməyib və 2 vacib xal itirib.

Qeyd edək ki, bu nəticədən sonra xallarının sayını 27-yə yüksəldən "Milan" 4-cü pillədəki yerini qoruyub.


İtaliya A Seriyası, 16-cı tur

18 dekabr

"Bolonya" - "Milan" - 0:0
Qırmızı vərəqə:
Temue Bakayoko ("Milan")

Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi