Mourinyonun yerinə əsas namizəd

Mourinyonun yerinə əsas namizəd
DÜNYA FUTBOLU 18 Dekabr 2018 / 17:11 3995
-  A +

"Mançester Yunayted"də bu gün istefaya göndərilən Joze Mourinyonun yerinə əsas namizəd müəyyənləşib.

Qol.az-ın "The Times" nəşrinə istinadən yaydığı xəbərə görə, "Tottenhem"in baş məşqçisi Maurisio Poçettinonun bu vəzifəni tutacağı daha real görünür.

Ancaq bu təyinatın yaydan tez gerçəkləşməyəcəyi bildirilir. İddiaya görə, "qırmızı şeytanlar" mövsümün əvvəlində London klubu ilə 5 illik yeni müqavilə imzalayan argentinalı mütəxəssis üçün qarşı tərəfə 34 milyon avro təzminat ödəməli olacaq.

Poçettinonun özü də "Tottenhem"də qalmaqda elə də maraqlı deyil. Klub rəhbərliyinin bu yay heç bir transfer etməməsi təcrübəli çalışdırıcını işdən soyudub.

Qeyd edək ki, Mourinyonun qovulmasından sonra yeni baş məşqçi təyin olunanadək komandanı müvəqqəti olaraq Maykl Kerrikin çalışdıracağı iddia olunur. Bununla bağlı rəsmi məlumatın yaxın 48 saat ərzində veriləcəyi bildirilib.

Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi