Millimizin baş məşqçiliyinə əsas namizəd – Prosineçki qayıda bilər

Millimizin baş məşqçiliyinə əsas namizəd – Prosineçki qayıda bilər
ÖLKƏ FUTBOLU 18 Dekabr 2018 / 11:44 5211
-  A +

Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərdən biri müəyyənləşib.

Qol.az-ın azerifootball.com saytına istinadən yaydığı xəbərə görə, millimizin sabiq baş məşqçisi Robert Prosineçki hazırda bu vəzifəyə bir nömrəli namizəd hesab olunur.

Dekabrın 8-də AFFA-nın İcraiyyə Komitəsinin iclasında Qurban Qurbanov istefaya göndərdikdən sonra bu vəzifə boş qalıb. Elə həmin iclasda Prosineçkinin milliyə qaytarılması ilə bağlı təkliflər səsləndiyi iddia olunub.

Qeyd edək ki, xorvatiyalı mütəxəssis hazırda çalışdırdığı Bosniya və Hersoqovina milli komandasını UEFA Millətlər Liqasının final mərhələsinə çıxarıb. Onlar Avstriya və Şimali İrlandiyanın yer aldığı qrupda 10 xal toplayaraq birinci yeri tutublar.

Bildirilir ki, AFFA rəhbərliyi bu yaxınlarda Prosineçki ilə əlaqə saxlayıb. Xorvat məşqçi Azərbaycana qayıtmağı istisna etməsə də, düşünmək üçün vaxt götürüb. Bununla bağlı yekun qərarın ilin sonunadək müəyyənləşəcəyi gözlənilir.

Başqa bir xəbərə görə, Prosineçkinin Bosniya və Hersoqovinadakı illik gəliri Azərbaycanda qazandığından 3-4 dəfə azdır.

Xatırladaq ki, Prosineçki 2014-17-ci illərdə Azərbaycan millisini çalışdırıb.

Daha çox


Son xəbərlər