"Bu "Bavariya" o "Bavariya" deyil" - Klopp

"Bu "Bavariya" o "Bavariya" deyil" - Klopp
XƏBƏR 17 Dekabr 2018 / 18:09 6246
-  A +

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatmasının nəticəsini dəyərləndirib.

Qol.az-ın məlumatına görə, klubun rəsmi saytına danışan alman mütəxəssis bu mərhələdə mersisaydlılara rəqib olan “Bavariya” ilə oyunların çətin keçəcəyini bildirib:

“Rəqibimiz bilinən kimi oyunların çətin keçəcəyi məlum oldu. “Bavariya” top-klubdur. Almaniyaya gedəcəyim üçün şadam. Oyuna hazırlaşmaq üçün vaxtımız var. Ümid edirəm ki, bütün futbolçularımız hazır olacaq. Həm çətin, həm də maraqlı görüşün şahidi olacağıq. Hazırkı “Bavariya” mənim daha əvvəl qarşılaşdığım komandadan fərqlənir. Əvvəlki deyil. Bundesliqa haqda çox şey bilirik. Amma bu, bizim üçün ciddi üstünlük deyil”.

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları 12-13 və 19-20 fevralda, cavab qarşılaşmaları isə 5-6 və 12-13 martda keçiriləcək.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi