"Cərimə zərbəsi zamanı məsafə 9 metr olmalıdır, 12 metr yox"

"Cərimə zərbəsi zamanı məsafə 9 metr olmalıdır, 12 metr yox"
ÖLKƏ FUTBOLU 16 Dekabr 2018 / 21:45 3942
-  A +

"Qarabağ"a qarşı keçən oyunda səhvlər etmişdik. Çalışdıq ki, müdafiədə kompakt oynayaq və rəqibi əks-hücumlarda yaxalayaq. Bəzən bu, alınırdı".

Qol.az-ın məlumatına görə, bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında deyib. Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

"Kubok oyununda futbolçular psixoloji cəhətdən hazır olmalıdı. Bir səhv hər şeyi dəyişə bilir. Komanda müdafiədə yaxşı oynadı. Hücumda keyfiyyətli çıxış edə bilmədik. Qarşıda cavab görüşü var. Cütün taleyinə ayın 20-də aydınlıq gələcək. Bu gün hiss etdim ki, komandada görüləsi işlər çoxdur. Belə məğlubiyyətlə hələ heç nə itirilməyib. Cavab oyununda daha diqqətli oynamağa çalışacağıq".

- Rəqibin “Qarabağ" olduğunu nəzərə alsaq, 0:1 komandanız üçün üstünlükdür?

- Mümkünsüz heç nə yoxdur. Çalışacağıq ki, cavab matçında daha yaxşı oynayaq və qələbə qazanaq. Asan olmayacaq, ancaq bacara bilərik.

- Klub prezidenti Zaur Axundov hakimlikdən narazı görünürdü...

- Hamı görür ki, cərimə zərbəsi təyin olunursa, məsafə 9 metr olmalıdır, daha 12 metr yox. Diqqətli olmaq lazımdır. Cavan hakimlər təyinat alır. Amma səhvlər oyunun gedişinə təsir edir. Avropa futbolundan zövq alırıq, amma bizdə hər toxunuşa fit səslənir. Narazılıq olursa, deməli, var da.

- Conatan Ayite əvəzlənəndə nə isə deyirdi...

- Mənim üçün də qaranlıq qaldı. Araşdıracağıq ki, görək nə baş verdi. Hər oyunçu sona qədər oynamaq istəyir.

Daha çox


Son xəbərlər