Prezident Mircavadovu mükafatlandırdı

Prezident Mircavadovu mükafatlandırdı
ÖLKƏ FUTBOLU 13 Dekabr 2018 / 15:25 3336
-  A +

“Gələn il tarixdə ilk dəfə olaraq, Bakıda futbol üzrə Avropa Liqasının final görüşü keçiriləcək”.

Qol.az-ın xəbərinə görə, bu sözləri prezident İlham Əliyev dekabrın 13-də Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışı zamanı deyib.

O qeyd edib ki, bu görüşü Bakıda keçirmək o qədər də asan məsələ deyil. “Bir çox şəhərlər bu istiqamətdə mübarizə aparır. Məhz ölkəmizin ümumi inkişafı, mövcud olan infrastruktur, idman obyektləri, gözəl Olimpiya Stadionu, gözəl otellər, təhlükəsizlik, xalqımızın qonaqpərvərliyi və digər amillər bu qərarın verilməsində rol oynayıb” – deyə İ.Əliyev vurğulayıb.

Xatırladaq ki, Avropa Liqasının final matçı 2019-cu ilin mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Qeyd edək ki, tədbirdə Azərbaycanda bədən tərbiyəsinin və idmanın inkişafında xidmətləri olan və 2018-ci ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim edilib. Mükafatlandırılanlar sırasında futbol mütəxəssisi Ağasəlim Mircavadov da olub.

Dövlət başçısı çıxışında deyib ki, Azərbaycan dövləti idmançılara hər zaman yüksək qiymət verir, diqqət göstərir: "Mən 21 ildir Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti kimi həmişə çalışmışam ki, idmançılara qayğı, diqqət göstərim, onların problemlərini həll edim, onların gözəl çıxışları üçün şərait yaradım. Əlbəttə ki, hər bir nəticə, hər bir uğur gərək qiymətləndirilsin. Ənənəvi olaraq, biz ilin sonunda idmançıları yüksək dövlət mükafatları ilə, pul mükafatları ilə və mənzillərlə mükafatlandırırıq. Bu il də bu mükafatlar verilir, o cümlədən görkəmli idman nümayəndələrimizə 25 mənzil veriləcək".

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi