"Oynamaq istəyirəm" - Rüfət sağaldı

"Oynamaq istəyirəm" - Rüfət sağaldı
XƏBƏR 13 Dekabr 2018 / 11:46 1375
-  A +

"Proyssen"in hücumçusu Rüfət Dadaşov zədəsini sağaldıb.

Qol.az-ın "Bild" nəşrinə istinadən yaydığı xəbərə görə, artıq fərdi məşqlərə başlayan milli komandamızın üzvü bu gün tibbi müayinədən keçəcək. Yalnız bundan sonra həkimlər onun komanda ilə birgə məşqlərdə iştirak edib-etməyəcəyinə qərar verəcəklər.

Rüfət özü isə zədəsi ilə bağlı bunları deyib: "Artıq qaçıram. Eyni zamanda fiziki məşqlərə də başlamışam. İlin son oyununda Köln "Fortuna"sına qarşı oynamaq istəyirəm".

Qeyd edək ki, hazırda 7 qolla komandanın bombardiri olan Dadaşov zədə səbəbin son 3 oyunu buraxıb

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi