Yığmamızın məşqçisi püşkü dəyərləndirdi

Yığmamızın məşqçisi püşkü dəyərləndirdi
ÖLKƏ FUTBOLU 6 Dekabr 2018 / 15:43 1355
-  A +

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Vüqar Məmməd Avropa çempionatının elit-raund mərhələsinin püşkünü dəyərləndirib.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, o, püşkatmanın nəticələrindən razı olduğunu deyib:

"İrlandiya, Rusiya və Rumıniya kimi komandalara qarşı oynayacağıq. Bu mərhələyə daha ciddi hazırlaşmalıyıq. Elit-raundda Avropanın ən yaxşı komandaları mübarizə aparır. Burada zəif komanda yoxdur. Demək olar, komandaların hər biri səviyyə baxımından bir-birinə yaxındır. Artıq püşkatmaya qədər potensial rəqiblərimizin hamısının son rəsmi oyunlarını izləmişdik. Ona görə də rəqibləri tanıyırıq və nəyə qadir olduqlarını bilirik”.
 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi