“Hətta 5-ci səbətdən gələn Azərbaycana da hörmət edirik”

“Hətta 5-ci səbətdən gələn Azərbaycana da hörmət edirik”
ÖLKƏ FUTBOLU 4 Dekabr 2018 / 11:38 2706
-  A +

“Beş komandalı qrupa düşdüyümüz üçün sevinirəm. Püşkatma zamanı bir az həyəcan keçirdik. Qorxurduq ki, birdən Hollandiya və Almaniya ilə eyni qrupa düşərik. Amma istənilən halda bütün komandalara hörmətlə yanaşırıq”.

Qol.az-ın məlumatına görə, bu sözləri Slovakiya millisinin baş məşqçisi Pavel Qapal yerli mətbuata açıqlamasında deyib. AÇ-2020-nin seçmə mərhələsindəki rəqibləri dəyərləndirən mütəxəssis millimiz haqda da danışıb:

“Təkcə Xorvatiya və Uels deyil, bütün rəqibləri ciddiyə almaq lazımdır. Hətta 5-ci səbətdən gələn Azərbaycana da hörmət edirik. Müasir futbolda bir çox şeyi kiçik detallar həll edir. Məqsədimiz final mərhələsinə vəsiqə qazanmaqdır. Bunun üçün 1 və ya 2-ci pillədən hansını tutacağımız önəmli deyil. Çünki hər iki yerin sahibi birbaşa həlledici mərhələyə adlayacaq”.

Qeyd edək ki, Slovakiya millisi seçmə mərhələdə Azərbaycan, Xorvatiya, Uels, və Macarıstanla E qrupunda mübarizə aparacaq.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi