Premyer Liqamızda oyunların başlama saatı dəyişdirilir

Premyer Liqamızda oyunların başlama saatı dəyişdirilir
ÖLKƏ FUTBOLU 4 Dekabr 2018 / 11:00 2224
-  A +

AFFA Klublar Komitəsinin iclasına start verilib.

Qol.az xəbər verir ki, iclasın gündəliyində duran əsas məsələlər müəyyənləşib.

Baş katib Elxan Məmmədovun çıxışı ilə başlayacaq tədbirdə cari mövsümdən etibarən klubların maliyyə hesabatlarının klubun və ya AFFA-nın rəsmi saytında açıqlanması məsələsi müzakirə olunacaq. Bu, Lisenziyalaşdırma prosedurunun "A" meyarıdır və mütləq yerinə yetirilməlidir.

Bazar günləri keçiriləcək oyunların  saatları bundan sonra 15:00 və ya 16:00-a təyin ediləcəyi haqda qərar veriləcəyi gözlənilir. Həftənin digər günlərində isə Topaz Premyer Liqa matçları axşam saatlarında - 19:00, 20:00 və ya 21:00-da olması müzakirə edilir.

Həmçinin AFFA-nın UEFA-ya üzv olduğunu və bu qurumun reqlamentlərini tanınmasını, qəbul etməsini nəzərə alaraq, Topaz Premyer Liqasının oyunlarında texniki skamyada əyləşən rəsmi şəxslərin sayının 7-yə qədər artırılmasını və "A" komandanın təşkilati işləri funksiyasını icra edən baş menecerin həmin zonada əyləşməsinə icazə verilməsinin, əlavə oturacaqlarının sayının 8-dək artırılmasının, klubların "A" komandasının baş menecerinə lisenziyaların verilməsinin mümkünlüyünün müzakirəsi də aparılacaq.

Hakimlərin üst geyimi kimi, alt geyimlərinin də eyni rəngdə olmasını təmin etmək məqsədilə AFFA-nın Hakimlər Komitəsinə müraciət etmək də nəzərdə tutulub.

Son olaraq isə Klublar Komitəsinə növbəti fəaliyyət müddəti üçün yeni sədr seçiləcək.

Daha çox


Son xəbərlər