"Barselona" Dembeleyə son xəbərdarlığını etdi

"Barselona" Dembeleyə son xəbərdarlığını etdi
XƏBƏR 19 Noyabr 2018 / 18:59 4302
-  A +

"Barselona" son vaxtlar intizamsız hərəkətləri ilə gündəmə gələn Usman Dembeleyə sonuncu xəbərdarlığını edib.

Qol.az-ın "sport.es" saytına istinadən yaydığı xəbərə görə, fransız futbolçunun meneceri ilə iclas keçirən klub rəhbərliyi onun qarşısına şərt qoyub. Əgər gənc futbolçu klubun daxili nizam-intizam kodekslərinə əməl etməsə, əsas komandadan kənarlaşdırılacaq.

Hətta Dembelenin mövsümün sonunda satılması da gündəmdədir. Kataloniyalılar 21 yaşlı yarımmüdafiəçiyə 100 milyon avro qiymət qoymaq niyyətindədir.

Qeyd edək ki, Dembelenin son vaxtlar komandanın məşq və toplanışlarına gecikdiyi bildirilir.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi