UEFA-dan Nazarovun qolu ilə bağlı növbəti qərar

UEFA-dan Nazarovun qolu ilə bağlı növbəti qərar
ÖLKƏ FUTBOLU 19 Noyabr 2018 / 13:48 7434
-  A +

UEFA Millətlər Liqasının 5-ci turunda yığmamızın Farer adalarına qalib gəldiyi oyunla (2:0) bağlı növbəti qərarını verib.

Qol.az-ın xəbərinə görə, komandamızın ilk qolunun müəllifi yenidən dəyişdirilib.

Matçın 18-ci dəqiqəsində Farer adalarının qapısına vurulan qol yenidən Dmitri Nazarovun adına yazılıb.

Qeyd edək ki, oyunun gedişində UEFA-nın protokolunda qolu Nazarovun vuruduğu göstərilsə də, görüş bitdikdən sonra UEFA qolun müəllifini dəyişmişdi. Qurum bu qolu avtoqol kimi qeydə alaraq Raqnar Nattestadın passivinə yazmışdı.


Daha çox


Son xəbərlər