Falkao "Monako"nu "Real"a dəyişir?

Falkao "Monako"nu "Real"a dəyişir?
XƏBƏR 17 Noyabr 2018 / 15:39 3531
-  A +

“Monako”nun hücumçusu Radamel Falkao komandadan ayrılmaq istəyir.

Qol.az-ın “Marca” nəşrinə istinadən yaydığı xəbərə görə, 32 yaşlı futbolçu karyerasını “Real”da davam etdirmək niyyətindədir. Kolumbiyalı forvardın meneceri vasitəsilə “kral klubu”na xəbər göndərdiyi iddia olunur.

Madrid təmsilçisində artıq bu məsələnin müzakirə olunduğu bildirilir. Klub daxilində bəziləri hücum xəttini gücləndirməyin lehinə olsa da, bəziləri gənc və istedadlı futbolçuların alınmasının tərəfdarıdır.

Qeyd edək ki, Falkao “Monako”ya 2013-ci ildə Madrid “Atletiko”sundan keçib.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi