"Bütün kartları açmaq istəmədik" - Bordin

"Bütün kartları açmaq istəmədik" -  Bordin
ÖLKƏ FUTBOLU 15 Noyabr 2018 / 20:08 3288
-  A +

"Bu cür tədbirə dəvət aldığım üçün şadam. Böyük futbolçu və yaxşı insanın yubileyidir".

Qol.az xəbər verir ki, bu sözləri Vəli Qasımovun 50 illik yubileyinə həsr olunmuş yoldaşlıq matçında iştirak edən "Neftçi"nin baş məşqçisi Roberto Bordin deyib.

İtaliyalı mütəxəssis oyundan sonra jurnalistlərə açıqlamasında 5:5 hesablı görüş haqda danışıb: “Demək olmaz ki, ciddi şəkildə məşq edirəm. Bu gün çox çətin oyun olmadı. Temp o qədər də yüksək deyildi. Əsas odur ki, bayram idi və biz yubilyarı təbrik etmək üçün burdayıq”.

Bordin matçın gedişində rəqibin qapısını qoruyan "Qarabağ"ın qapıçılar üzrə məşqçisi Elxan Həsənovla təkbətək çıxsa da, fürsəti əldən verib. O, "Çempionatda əsas rəqibiniz sayılan qapıçılarla işləyən məşqçi ilə təkbətək çıxsanız da, fərqlənə bilmədiniz" - sualına gülərək cavab verib: "Bütün kartları açmaq istəmədik".

Daha çox


Son xəbərlər