"İkinci dövrəyə çox yaxşı başlamışdıq. Öz meydanımızda uğurlu seriyanı davam etdirmək istəyirdik. Avropa səviyyəsində olan bir komandaya qarşı oynayırdıq. İlk hissədə bizi topsuz qoydular, onu əldə edə bilmirdik. Amma standart vəziyyətdən qol vurduq".
Qol.az xəbər verir ki, bunu "Qəbələ"nin futbolçusu Təmkin Xəlilzadə Topaz Premyer Liqasının XI turunda "Qarabağ"a 1:3 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib. 25 yaşlı yarımmüdafiəçi məğlubiyyəti belə şərh edib:
"İkinci hissənin əvvəlində arzuolunmaz qol buraxdıq. Bundan sonra üstünlük tamamilə rəqibdə oldu. Rəqibi analiz etmişdik, amma alınmadı. Bəhanə gətirmək istəmirəm, bəlkə də fasilədən sonra erkən qol buraxmasaydıq, hesab belə olmazdı. Bilirdik ki, ikinci hissə başlayan kimi rəqib təzyiqi artıracaq. "Qarabağ" səhvləri bağışlamır".
Azərbaycan millisinin də üzvü olan Xəlilzadə Millətlər Liqasında qarşıdan gələn Farer adaları və Kosovo ilə görüşlər barədə də danışıb: “Milli son illərdə ən çətin oyunlarına çıxacağıq. Xalqımız adına çox şey qazana bilərik. Bu, bir ilk ola bilər. Evdə Farer adalarını məğlub edib, Kosovoya yüksək əhval-ruhiyyə ilə getməliyik. Maksimum nəticə qazanmağa çalışacağıq. Farer adaları ilə səfər matçında hava çox soyuq olduğundan oyundan sonra istiliyim var idi. Həkimlər kömək etdilər. Milli forma qızdırmaya baxmır, canımızı verməyə hazırıq". (matç.az)
PSJ hücumçusunu satdı
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!