“Təkcə ilk hissədə 3-4 qol vura bilərdik” - Alleqri

“Təkcə ilk hissədə 3-4 qol vura bilərdik” - Alleqri
DÜNYA FUTBOLU 8 Noyabr 2018 / 11:54 1925
-  A +

“Arxayınlaşmamağı öyrənməliyik. “Mançester Yunayted” ölkə çempionatında da eyni şeyi edir. Oynadıqları son matçda 80 dəqiqədə çox az qol epizodu yaratdılar, amma sonda qalib gəldilər”.

Qol.az-ın məlumatına görə, bu sözləri "Yuventus"un baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda doğma meydanda "Mançester Yunayted"ə 1:2 hesabı ilə  uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, son nöqtəni qoymaqda çətinlik çəkdiklərini söyləyib: "Komanda yaxşı mübarizə apardı, ancaq məğlub olduq. Buna görə məyusam. Son nöqtəni qoymaqda çətinlik çəkdik. Bunun üzərində çalışmalıyıq. Hər oyun qapımızı toxunulmaz saxlaya bilmərik. Yenə də qrupda lideriyik. “Mançester Yunayted”ə məğlub olmaq başa düşüləcək bir vəziyyətdir”.

51 yaşlı çalışdırıcı bildirib ki, təkcə ilk hissədə 3-4 qol vura bilərdilər: "Ronaldonun qolu möhtəşəm idi, amma çox qol şansımız oldu. Təkcə ilk hissədə 3-4 qol vura bilərdik. Futbolda həm qazanmaq, həm də məğlub olmaq var”.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi