Üç klub niyə kubokda oynamaqdan imtina edib? – Ramin Musayevdən açıqlama

Üç klub niyə kubokda oynamaqdan imtina edib? –  Ramin Musayevdən açıqlama
ÖLKƏ FUTBOLU 6 Noyabr 2018 / 19:09 5261
-  A +

Noyabrın 14-də atılacaq Azərbaycan kubokunun püşkatmasında cəmi 12 komanda iştirak edəcək. Birinci divizionun hazırkı lideri MOİK, eləcə də “Turan Tovuz” və “Zaqatala” klubları ölkə kubokuna qatılmaqdan imtina edib. Bəs görəsən, hər il kubokda iştirak edən klubların bu addımı atmasının səbəbi nədir və Azərbaycan kuboku cəmi 12 komanda ilə nə dərəcədə maraqlı keçəcək?

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevə Qol.az-a açıqlamasında kubokda iştirakdan imtina edən klubları yaxşı başa düşdüyünü və başqa çıxış yolu olmadığını bildirdi:

“Onlar bilir ki, digər komandalarla ayaqlaşa bilməyəcəklər. Həm oyunçuları ruhdan salmamağa çalışırlar, həm də əlavə xərc çəkmək istəmirlər. Premyer Liqamızda 8 komanda var. Birinci divizionda isə Premyer Liqa klublarının ikinci komandalarını saymasaq, 7 komanda. Deməli, 15 komandadan 12-si ölkə kubokunda iştirak edəcək. 12 bəsdir də. Biz kənardan klub gətirə bilmərik axı. Bugünkü vəziyyət bunu tələb edir”.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi