"Qarabağ"a qarşı oynamayacaq - "Sportinq"də ciddi itki

"Qarabağ"a qarşı oynamayacaq - "Sportinq"də ciddi itki
ÖLKƏ FUTBOLU 6 Noyabr 2018 / 11:29 1337
-  A +

"Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Sportinq”in futbolçusu Rodriqo Battalya əməliyyat olunacaq.

Qol.az-ın xəbərinə görə, bu barədə Lissabon təmsilçisinin saytı məlumat yayıb. Portuqaliya çempionatının 9-cu turunda "Santa Klara"ya 2:1 hesabı ilə qalib gəldikləri matçın 30-cu dəqiqəsində zədələnən argentinalı yarımmüdafiəçinin sağ dizinin ön çarpaz bağlarının qopduğu məlum olub.

Portuqaliya mətbuatı bu gün əməliyyat olunacaq Battalyanın bir neçə ay sonra yaşıl meydanlara qayıdacağını yazıb. Bu isə o deməkdir ki, 27 yaşlı futbolçusu noyabrın 29-da keçiriləcək Avropa Liqasının 5-ci turunun "Qarabağ”la səfər görüşünü buraxacaq.

 

Daha çox


Son xəbərlər