"Etiraf edim ki, “Zirə” bizdən üstün oynadı" - Aftandil Hacıyev

"Etiraf edim ki, “Zirə” bizdən üstün oynadı" -  Aftandil Hacıyev
ÖLKƏ FUTBOLU 4 Noyabr 2018 / 21:44 1382
-  A +

“Gərgin oyun keçdi. İkinci matçdı ki, azlıqda mübarizə aparırıq. Etiraf edim ki, “Zirə” bizdən üstün oynadı. Ağabala və Koçukun olmaması özünü göstərdi. Bir qədər ehtiyatlı oynamaq istədik. Uşaqlardan razıyam. Ədalətli nəticə oldu”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Aftandil Hacıyev Topaz Premyer Liqanın 10-cu turunda “Zirə” ilə oyundan (0:0) sonra keçirilən mətbuat konfransında  deyib.

- Ağabala Ramazanovun zədəsi ciddidi?

- Elə də ciddi deyil. Sadəcə, risk etmək istəmədik. İnanıram ki, tezliklə komandaya qoşulacaq.

- Ruslan Qurbanov da zədələndi...

- İqor Korotetskinin zədəsi daha ciddidir. Qurbanovda isə ciddi deyil.

- Ardıcıl 2-ci oyundur ki, qırmızı vərəqə alırsınız...

- Deməzdim ki, bu, intizamsızlıqdan xəbər verir. Sadəcə, bir qədər ehtiyatlı davranmaq lazım idi. Keçən oyunda ilk sarı vərəqə yox idi. Şəhriyar isə diqqətli davranmalı idi.

- Komandanız 10 turda 6 qol vurub və 3-cü pillədə qərarlaşıb. Sizcə, bu, az deyil?

- Hər görüşdə kifayət qədər qol epizodlarımız olur. Bəzən əks-hücumlarda, bəzən mövqe hücumlarında. Elə rəqiblər olur ki, birinci nömrə ilə oynamırıq.

- Belə oyunla “Səbail” 3-cü pillədə qala biləcəkmi?

- Qarşımıza avrokuboklara vəsiqə vəzifəsi qoymamışıq. Düzdü, çox çətin olacaq. Demirik ki, tutduğumuz mövqeni qoruya biləcəyik. Ancaq bunun üçün çalışacağıq.

- Deməli, 1 xaldan razısınız?

- Bəli, bu gün 1 xalı qazandıq.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi